...

Rusiyada aparılan miqrasiya siyasəti azərbaycanlı miqrantların həyatına mənfi təsirlər etməyəcək

Cəmiyyət Materials 28 Mart 2007 20:42 (UTC +04:00)

Rusiyada yeni həyata keçirilən miqrasiya siyasəti azərbaycanlı miqrantların həyatına heç bir mənfi təsir etməyəcək. Bu barədə Bakıya səfərinin yekununa həsr olunmuş mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Sergey Mironov bildirib.

Onun sözlərinə görə, Rusiyanın miqrasiya siyasəti heç bir ölkəyə, o cümlədən Azərbaycana qarşı yönəlməyib.

"Rusiyada yaşayan azərbaycanlıların həyatında heç bir dəyişiklik baş verməyəcək. Sadəcə nizam-intizam yaradılacaq",-deyə Mironov qeyd edib.

Onun sözlərinə görə, həyata keçirilən siyasət nəticəsində azərbaycanlılar özlərini daha əmin hiss edəcəklər.

Xəbər lenti

Xəbər lenti