...

Hüquq müdafiəçiləri Qobustan həbsxanasında aclıq edən məhkumlarla görüşüb

Cəmiyyət Materials 30 Mart 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bir qrup hüquq müdafiəçisi bu gün Qobustan qapalı həbsxanasında aclıq aksiyası keçirən ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmiş məhkumlarla görüşüblər. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə cümə günü Trend ə verdiyi açıqlamada bildirib ki, aclıq edən məhkumların hər biri ilə fərdi qaydada görüşüblər. Məhkumlar saxlanma şəraiti və həbsxanada onlara olan münasibətdən narazılıq etməyiblər. Aksiya keçirən məhkumlar cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Görüş zamanı məhkumlardan aksiyanı dayandırmaq xahiş olunub: "Biz də onların tələblərinin haqlı olduğunu bildirdik. Ölüm cəzası ləğv olunan vaxt qanunda ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmamışdı. Ən ağır cəza 15 il azadlıqdan məhrumetmə idi. Onlara söz verdik ki, yaxın vaxtlarda hüquq müdafiəçilərinin Avropa Şurasında toplantısı zamanı bu problemi qaldıracağıq. Həmçinin Azərbaycan hökumətinə də bu problemin həll olunması ilə bağlı müraciət edəcəyik. Hesab edirik ki, qanundakı bu boşluq aradan qaldırılmalıdır".

Qənizadə bildirib ki, məhkumlar onların xahişini müzakirə edəcəklərini bildiriblər. Hüquq müdafiəçisi əmindir ki, məhkumlar onların xahişlərini nəzərə alıb qısa müddətdə aclığı dayandıracaqlar.

Xəbər lenti

Xəbər lenti