...

Azərbaycanın güllə atıcıları ilk onluqdan kənarda qalıblar

Cəmiyyət Materials 2 Aprel 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanın güllə atıcılığı üzrə ustaları İrada Aşumova və Nigar Bağırova Beynəlxalq Federasiyanın (İSSF) növbəti reytinqinin ilk onluğundan kənardadırlar.

Trend ə verilən məlumata görə, növbəti təsnifatın yekununda 25 metrliyə kiçik kalibrli tapançadan atıcılıq üzrə Aşumova 15-ci yeri tutur, onun rəfiqəsi isə komanda üzrə 78-ci yerdədir. 10 metrliyə sıxılmış hava ilə işləyən tapancadan atıcılıq üzrə isə Afina Olimpiadasının bürünc mükafatçısı göstəricilərini aşağı salıb və hazırda 29-cü yerdə gedir. Bağırova isə reytinqdə 22-ci yeri tutur.

Qeyd edək ki, bu yaxınlarda Fransada keçirilən Avropa çempionatında atıcılarımız Pekinə getmək imkanını növbəti dəfə qaçırıblar. Onların Pekinə getmək tapşırığı gələn dəfəyə təxirə düşüb.

Xəbər lenti

Xəbər lenti