...

"Yeni Fikir" Gənclər Hərəkatının üzvlərinin məhkəməsi yekunlaşıb

Cəmiyyət Materials 3 Aprel 2007 12:15 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend K.Zərbalıyeva/"Yeni Fikir" Gənclər Hərəkatının üzvləri barəsindəki məhkəmə hökmündən verilən kassasiya şikayəti üzrə Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə bu gün proses keçirilib. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, təqsirləndirilənlərin kassasiya şikayəti təmin olunmayıb və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökm qüvvədə saxlanılıb.

Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 29,278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamaya cəhd) maddəsi ilə təqsirləndirilən "Yeni Fikir" Gənclər Hərəkatının sədri Ruslan Bəşirli 7, onun müavinləri Ramin Tağıyev 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, Səid Nuriyevə isə 5 il şərti iş verilib.

Prezidentin sonuncu əfv fərmanı ilə Nuriyev əfv olunub.

Xəbər lenti

Xəbər lenti