...

Qafqaz müsəlmanlarının lideri: ABŞ və İran arasında münasibətlərin gərginliyi Azərbaycanda dini sabitliyə neqativ təsir edəcək

Cəmiyyət Materials 3 Aprel 2007 12:27 (UTC +04:00)
Qafqaz müsəlmanlarının lideri: ABŞ və İran arasında münasibətlərin gərginliyi Azərbaycanda dini sabitliyə neqativ təsir edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/ABŞ və İran arasında münasibətlərin gərginliyi Azərbaycanda dini sabitliyə neqativ təsir edəcək. Bu barədə çərşənbə axşamı günü Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bəyan edib.

Onun sözlərinə görə, İran Azərbaycanın qonşu dövlətidir və orada baş verən proseslər sözsüz ki, Azərbaycana neqativ təsir göstərəcək. Buna görə də, biz ABŞ və İran qarşıdurmasının sülh yolu ilə həllində maraqlıyıq, deyə o, qeyd edib.

Azərbaycanda tolerantlıq mövzusuna gəldikdə, Şeyxülislam deyib ki, bütün dünyada tolerantlıq haqqında danışılır, lakin ayrı-ayrı dövlətlərdə vəziyyətlə tanışlıq zamanı bu göstərici lazımi həqiqətə uyğun gəlmir. Onun sözlərinə görə, Azərbaycanda əsrlər boyu dinlərarası dialoq mövcuddur, müxtəlif din nümayəndələri sülh şəraitində yaşayır. Bu vəziyyət həmişə saxlanacaq.

Xəbər lenti

Xəbər lenti