...

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumla bağlı Avropa Məhkəməsi ilə yazışma aparılır

Cəmiyyət Materials 5 Aprel 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş Rahib Məsimovun şikayəti ilə bağlı Azərbaycan dövləti ilə İnsan Haqları üzrə Avropa Məhkəməsi arasında yazışmalar aparılır. Musayevin vəkili Elman Osmanovun Trend ə cümə axşamı verdiyi məlumatda bildirib ki, Avropa Məhkəməsinə insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması), 6-cı (ədalətli məhkəmə hüququ), 7-ci (qanunsuz cəzalandırılmamaq), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) və 14-cü (ayrı-seckiliyin qadağan olunması) maddələrinin pozuntusu ilə bağlı müraciət edib. Məhkəmə isə yalnız 6-cı maddənin pozuntusu ilə bağlı şikayəti qəbul edib və yazışmalar da həmin maddə ilə bağlı aparılır. Məsimov Ali Məhkəmə tərəfindən işinə özünün iştirakı olmadan baxıldığını bildirib.

Ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənməsi ilə bağlı Avropa Məhkəməsi qeyd edib ki, ölüm cəzasının ləğvi Azərbaycanın Avropa Konvensiyasını ratifikasiyasından əvvəl baş verdiyindən məhkəmə bu məsələyə baxmaq səlahiyyətində deyil.

"Sadval"təşkilatının üzvü olan Məsimovun üzərində coxsaylı ağır cinayətlərlə yanaşı metronun "20 yanvar" stansiyasında törədilmiş terror aktının təşkilatcısı ittihamı da var.

Vəkil hüquqlarını müdafiə etdiyi Əli Quliyev, Dəyanət Kərimov, Nadir Məhərrəmov, Anar İsmayılov, Namiq Vəliyevin işi ilə bağlı da Avropa Məhkəməsinə şikayət göndərdiyini deyib.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Cingiz Əsgərov isə Trend ə acıqlamasında qeyd edib ki, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlardan yalnız birinin - Məsimovun işi ilə bağlı Avropa Məhkəməsi ilə yazışma aparılır.

Həmin məhkumların cəzalarının 15 ilə endirilməsi tələbinə gəlincə isə, Əsgərov bildirib ki, bu məsələ Avropa Məhkəməsi tərəfindən birdəfəlik həll olunub. Əlikram Hümbətovun şikayəti ilə bağlı Avropa Məhkəməsinin qərarında ölüm cəzasının ömürlüklə əvəzlənməsi humanist addım kimi qiymətləndirilib. Əsgərovun sözlərinə görə, Avropa Məhkəməsinə bu məsələ ilə bağlı göndərilən bütün şikayətlər üzrə qərar cıxarılarkən Hümbətobun işi ilə bağlı qərar presedent kimi tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti