...

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının I qurultayı keçiriləcək

Cəmiyyət Materials 9 Aprel 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Yevda Abramov İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının I qurultayında iştirak etmək üçün aprelin 8-də Tel-Əvivə yola düşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirin keçirilməsinin əsas məqsədi yüz minlərlə insanı öz sıralarında birləşdirən bu assosiasiyanın köməyi ilə yəhudi və Azərbaycan xalqını daha da yaxınlaşdırmaqdan və dövlətlərarası münasibətlərin inkişafına yardımçı olmaqdan ibarətdir.

Səfər çərçivəsində deputat Y.Abramov İsrail Knessetinin və İsrail-Azərbaycan  parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşlər keçirəcək, ikitərəfli əməkdaşlıq, qanun yaradıcılığında təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparacaq.

Səfər aprelin 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti