...

Azərbaycanın Voleybol Federasiyası "Qran-Pri" turnirinin seçmə mərhələsinin oyunlarının təşkili ilə bağlı müraciət verməyə hazırlaşmır

Cəmiyyət Materials 13 Aprel 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov / Azərbaycanın Voleybol Federasiyası (AVF) Avropa "Qran-Pri" turnirinin seçmə mərhələsinin oyunlarının təşkili ilə bağlı müraciət verməyə hazırlaşmır. Trend in məlumatına görə, Avropa Konfederasiyasının (CEV) reqlamentinə əsasən bu yarışın təşkilində maraqlı olan ölkələr aprelin 15-dək müvafiq sənədləri göndərməlidirlər. Müvafiq müddət yaxın günlərdə başa çatacaq, ancaq Milli Federasiya güman ki, turnirin seçmə mərhələsinin oyunlarının Bakıda keçirilməsindən yan keçəcək. Qeyd edək ki, avqust ayında Azərbaycan paytaxtında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Bu turnirdə bir sıra ölkələrin milli kollektivlərinin iştirakı gözlənilir.

Xatırladaq ki, iki il öncə Qubada "Qran-Pri" turnirinin Avropa mərhələsinin oyunları keçirilib. Həmin oyunlarda Faiq Qarayevin yetirmələri qalib olub.

Xəbər lenti

Xəbər lenti