...

Dövlət İncəsənət Muzeyindəki oğurluqla bağlı iş məhkəməyə göndərilib

Cəmiyyət Materials 16 Aprel 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət İncəsənət Muzeyində baş vermiş oğurluqda ittiham olunan Aydın İbrahimov barəsindəki cinayət işi baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu barədə bazar ertəsi məhkəmədən məlumat verilib. Bildirilib ki, cinayət işi hakim Tofiq Paşayevin icraatına verilib.

Muzeydən oğurlanmış incəsənət əsərlərini satış məqsədilə xarici ölkəyə aparan İbrahimov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 194-cü (bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

1993-cü ilin iyulunda muzeydən oğurlanmış 274 ədəd incəsənət əsərlərinin ABŞ-da olduğu müəyyənləşib. Oğurlanmış əsərlərlə bağlı 6 istiqamətləndirmə nəşr olunaraq İnterpola üzv ölkələrə yayımlanıb və aparılan birgə tədbirlər nəticəsində oğurlanmış mədəni sərvətlərin yeri müəyyənləşib. Cinayətdə əli olan bütün şəxslər istintaq tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.Oğurluqda iştirak edən İbrahimov isə İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. O, bu ilin sentyabrında ABŞ-dan Azərbaycana gələrək istintaq orqanlarına könüllü təslim olub.

Xəbər lenti

Xəbər lenti