...

Teleradio Şurasının sədri: "Maliyyə imkanları olmayan televiziya fəaliyyət göstərməməlidir"

Cəmiyyət Materials 17 Aprel 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 2008-ci il yanvarın 1-dən etibarən ölkədə fəaliyyət göstərən televiziyalar bütün verlişlərini yalnız Azərbaycan dilində yayımlanmalıdır və bu məsələni həll emək üçün maliyyə imkanları olmayan televiziyalar fəaliyyət göstərməməlidir. Bu barədə çərşənbə axşamı Bakıda Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

N.Məhərrəmli qeyd edib ki, televiziyaların dublyaj sahəsində problemlərlə üzləşməmələri üçün Mədəniyyət və Turzim Nazirliyində yaradılan dublyaj redaksiyası var gücü ilə işləmələdir.

"Biz dublyaj redaksiyasına lazım olan dəstəyi verəcəyik. Hesab edirəm ki, 2008-ci il yanvarın 1-dən bu problem öz həllini tapacaq", -deyə N.Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, televiziyalar fəaliyyət göstərdikləri 10 il ərzində bu problemi həll etmək üçün heç bir addım atmayıblar. N.Məhərrəmli hesab edir ki, əgər Teleradio Şurası belə bir qərar qəbul etməsəydi, televiziyalar dublyaj probleminin həlli üçün heç bir addım atmayacaqdılar: "Ona görə də biz məcbur olduq ki, bu məsələni inzibati qaydada həll edək."

Şura sədri bildirib ki, televiziya sahəsində keyfiyyətin artırılması vacibdir: "Biz kəmiyyət dalınca qaçıb süni şəkildə televiziyaların sayının artırılmasına imkan vermək niyyətində deyilik. O yerdə də ki, televiziyaya tələbat və reklam bazarı yoxdur, orada televiziya yaradılmamalıdır."

N.Məhərrəmli deyib ki, regional televiziyaların problemlərinin həlli onların diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti