...

Azərbaycanın iki nazirliyində vakant yerlərə müsabiqə elan olunub

Cəmiyyət Materials 18 Aprel 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən İqtisadi İnkişaf Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 73 dövlət qulluğu məsələləri üzrə vakant yerə müsabiqə elan olunub. Bu barədə çərşənbə günü Komissiyadan məlumat verilib.

Bu ilin fevral ayından başlayaraq vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə 17 dövlət orqanında qəbul həyata keçirilib. Bu müddət ərzində 262 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan olunub. Müsabiqələrdə iştirak etmək üçün aprelin 18-dək 804 namizəd qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti