...

Azərbaycanlılar Konqresinin rəhbəri: Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır

Cəmiyyət Materials 20 Aprel 2007 17:38 (UTC +04:00)
Azərbaycanlılar Konqresinin rəhbəri: Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Akif Gülməmmədovun Trend ə müsahilbəsi

- Zəhmət olmasa, Ukrayna Azərbaycanlıları Konqresi və Azərbaycan diasporunun tərkibi barədə danışardınız?

- 1992-ci ildə Ukraynanın bütün regionlarında müxtəlif icmalar olub. 1997-ci ildən etibarən biz, bu gün 25 regionda, Sevastopol və Kiyev şəhərlərində təmsil olunmuş azərbaycanlılar Ukrayna Azərbaycanlıları Konqresində (UAK) birləşdik.

Hazırda bütün məlumatları dəqiqləşdirirk. Azərbaycan diasporu təxminən 500 min nəfər təşkil edir. Təəssüflər olsun ki, 1991-1993-cü illər ərzində SSRİ-nin süqutundan sonra Ermənsitandan olan azərbaycanlı qaçqınların sayı 300 min nəfər təşkil edib və ümumilikdə Azərbaycanın özündə 1 mln. qaçqın var. Onlardan bəziləri Ukraynaya gəlib və burada qalıb. Hazırda onlar artıq Ukrayna cəmiyyətinin tamhüquqlu üzvləridir. Hazırda UAK üzvlərinin Ukraynanın bütün regionları üzrə sayı təxminən 26 min nəfər təşkil edir.

- Bu gün Ukraynada yaşayan azərbaycanlıların sayı Ukrayna ərazisi üzrə bərabərdirmi?

-Xeyr. Daha çoxsaylı Azərbaycan diasporu Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Odessa, Nikolayev, Kirovoqrad, Çerkassk, Kiyev şəhəri və vilayətindədir. Ukraynanın qərb vilayətlərində diasporumuz çoxsaylı deyil. Ümumilikdə isə diasporumuzun nümayəndələri Ukraynanın bütün vilayətlərində mövcuddur.

2007-ci ilin əvvəlində Lvovda altı regionun regional iclası keçirilib. Nikolayevdə də iclas keçirilib. Həmin iclasda Azərbaycan diasporunun altı regiondan olan nümayəndələri iştirak edib. Bir həftə əvvəl Dnepropetrovskda həmçinin regional iclas baş tutub.

- Bir vaxtlar Konqresdə münaqişəli vəziyyət qeydə alınırdı. Bu gün UAK-da vəziyyət necədir?

- Düzünü desəm, hər hansı bir mübahisə olub, lakin fikirləşirəm ki, onları münaqişə adlandırmaq olmaz. Nizamnaməyə əsasən, əgər UAK-ın 2/3 üzvü lehinə səs verirsə, bu qərar mütləq qəbul olunur. 22 region əvvəlki rəhbərin istefasına səs vermişdi.

Bu gün bütün regionlarla bütün sahələrdə iş aparırıq. Hər şey normal gedir. Fikirləşirəm ki, gələcəkdə də xalqlarımızın səadəti üçün çalışacayıq.

- Bu gün Ukraynadakı azərbaycanlıların mədəni, təhsil sahələrində hansı problemləri mövcuddur?

- Bir çox regionlarda, Dnepropetrovsk, Xarkov, Donetsk, Luqanskda bu gün bazar günləri məktəbləri fəaliyyət göstərir.15-20 ailənin yaşadığı yerlərdə biz hələ bu cür məktəblər təşkil edə bilməmişik. Mən bu regionlarda olmuşam və bu gün əsas məqsəd bu problemi həll etməkdir.

Kiçik regionlarda problemlər var. İcmanın böyük olduğu regionlarda mədəni sahə və Azərbaycan dili ilə bağlı problemlər yoxdur. Belə regionların hamısında uşaq ansamblları yaxşı fəaliyyət göstərir. Onlar müxtəlif bayramlara həsr olunmuş tədbirlərdə çıxış edirlər.

Lakin problemlər hələ də qalmaqdadır və onların əsas səbəbi maliyyə ilə bağlıdır. Təəssüflər olsun ki, dövlət maliyyələşdirməsi yoxdur. Lakin qanuna əsasən, dövlət bu məqsədlər üçün vəsait ayırmalıdır. Təəssüf olsun ki, biz sərbəst maliyyələşdirmək üçün elə də zəngin deyilik.

Fikirləşirəm ki, yaxın gələcəkdə bazar günü məktədlərinin olmadığı, azərbaycanlı uşaqların doğma dildə təhsil ala bilmədiyi, mədəniyyətlə tanış ola bilmədiyi regionlarla biz xüsusi məşğul olacağıq. Bu problemlərlə artıq bu gün məşğul oluruq.

- Azərbaycanla necə əlaqə saxlayırsınız?

- Azərbaycanda əməkdaşlıq etdiyimiz Azərbaycan diasporu ilə iş üzrə Dövlət Komitəsi var. Bu yaxınlarda biz Türkiyə-Azərbaycan diaspor rəhbərlərinin forumuna dəvət olunmuşduq. Həmçinin Ukraynadan bir neçə deputat və şəhər merləri də dəvət olunmuşdu. Biz onları dəvət etmişdik ki, öz gözləri ilə Azərbacyanı, Bakını görsünlər.

Bu ilin sentyabrına Bakıda azərbaycanlı jurnalistlər və Azərbaycan haqqında yazan jurnalistlərin beynəlxalq forumu planlaşdırılıb. Proqramda onların Azərbaycan regionları ilə tanışlığı nəzərdə tutulub.

Azərbaycanla sıx əlaqələr saxlayırıq. Bizi müxtəlif görüş və forumlara dəvət edirlər. İş gedir.

- UAK-ın Azərbaycanın Ukraynadakı səfirliyi ilə münasibətləri necədir?

- Səfirlik ilə münasibətlərimiz çox yaxşıdır. Düzünü desək, səfirliksiz diaspor diaspor deyil. Bizim köklərimiz Azərbaycandandır və buna görə də biz onlarla yaxşı münasibətdəyik. Səfirliklə dostcasına yaşayırıq, bütün bayramları Azərbaycanda qeyd etdiyimiz kimi, bir yerdə qeyd edirk. Onlar da həmçinin Ukraynanın bütün bayramlarını bizimlə qeyd edir, çünki biz Ukrayna vətəndaşlarıyıq.

- Azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası səviyyəsini necə qiymətləndirirsiniz? Milli zəmində hər hansı bir münaqişə qeydə alınıbmı?

- Prinsipcə, düzünü desək, diaspora ilə məşğul olduğum vaxt ərzində bizdə milli zəmində heç bir münaqişə olmayıb. Münaqişələr məişət və ya biznes zəminində baş verə bilər, lakin sonra bəziləri bunu milli münaqişə kimi təqdim etmək istəyir. Bütün regionlarda oluram və Ukraynada milli zəmində münaqişələr yoxdur. Azərbaycanlılara münasibətdə belə şeylər olmur.

Məişət, biznes zəminində çəkişmələr ola bilər. Kimsə kimisə aldadıb, kimsə kiminləsə münasibətdə haqsız olub. Lakin milli zəmində bizdə (mən 1992-ci ildən diasporda çalışıram) heç vaxt münaqişə olmayıb. Bu gün diasporumuzun qarşısında bu cür problem yoxdur.

- Siz Ukrayna və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Keçən il 2007-ci ilin Azərbaycanda Ukrayna İli, 2008-ci ilin isə Ukraynada Azərbaycan İli elan olunması ilə bağlı razılıq əldə olunub. Həmçinin iqtisadi sahədə əməkdaşlıq haqqında ölkələr arasında müqavilələr mövcuddur. O cümlədən, Xəzər neftinin Ukrayna ərazisindən nəqli variantları işlənir. Praktiki olaraq hər bir iri Ukrayna müəssisəsinin Bakıda nümayəndəliyi var. Məsələn, Sumıximprom, Xarkov traktor zavodu, Lvov avtobus zavodu, "Çerkasskazot" zavodu Azərbaycanda nümayəndəliklərə malikdir. Yeri gəlmişkən qeyd edim ki, Sumqayıt və Çerkassk qardaşlaşmış şəhərlərdir və tez-tez nümayəndə heyətlərinin səfərləri olur.

- Təhsil sahəsində ölkələr arasında əməkdaşlıq hansı səviyyədədir?

-T.Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan dili fakultəsi var. Hər il fakultə tələbələri Azərbaycan dilinin öyrənilməsi təcrübəsi üçün Bakıya gəlir. Şevçenko adına universitet və Bakı Dövlət Universiteti arasında müvafiq müqavilələr var. Bundan başqa, Kiyev Beynəlxalq Münasibətlər İnstitutuna hər il xarici işlər nazirliyinin xətti ilə 5-8 nəfər təhsil almağa gəlir. Həmçinin hər il Heyətin İdarə olunması Regionlararası Akademiyasına onlarla insan təhsil almağa gəlir.

Bakıda Slavyan Universiteti mövcuddur, orada Ukraynanın Azərbaycandakı diasporunun uşaqları təhsil alır. Biz onlarla sıx əlaqə saxlayrıq. Martda Bakıda olanda onlarla görüşmüşəm. Bakıda 32 min nəfərlik Ukrayna diasporu var. Onlarla da sıx əlaqə saxlayırıq. Bakıda olanda Ukraynanın Azərbaycandakı səfiri ilə görüşürəm. Ukrayna diasporunun problemlərini öyrənirəm.

Xəbər lenti

Xəbər lenti