...

BMT-nin fikir və söz azadlığı hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 21 Aprel 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ BMT-nin fikir və söz azadlığı hüququnun təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Ambeyi Liqabon aprelin 22-28-də Azərbaycana səfər edəcək. Bu barədə BMT-nin Bakı ofisindən bildirilib.

İnsan hüquqlarının müdafiəsilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə xüsusi məruzəçi rəsmi şəxslər, insan hüquqları sahəsində milli təsisatlar, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqlarının nümayəndələrilə görüşlər keçirəcək.

Səfər yekunlarına müvafiq olaraq Liqabo hazırladığı hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Fikir və söz azadlığı hüququ üzrə xüsusi məruzəçinin mandatı 1993-cü ildə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təsdiq olunub. Yeni Şuranın ilk iclasında həmin mandat uzadılıb. Liqabon özü isə bu vəzifəyə 2002-ci ilin avqustunda təyin olunub.

Xəbər lenti

Xəbər lenti