...

Azərbaycanda Moskva mədəniyyət günləri keçiriləcək

Cəmiyyət Materials 25 Aprel 2007 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Oktyabrın birinci həftəsində Azərbaycanda Moskva mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, bu tədbir öz növbəsində Moskvada bu ay keçirilmiş Azərbaycan mədəniyyət günlərinə cavab xarakteri daşıyacaq. Mədəniyyət günləri Moskva hökuməti və Azərbaycan Respublikası arasında əldə olunmuş razılıq əsasında keçirilir.

Qarayev bildirib ki, may ayında Azərbaycan mədəniyyəti iki ölkədə - 23-25 mayda Belarus, 26-28 mayda Moldovada təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti