...

Azərbaycan Prezidentinin İcra Aparatının İşlər İdarəsinin sabiq müdirinin müalicəsi müsbət nəticələr verib

Cəmiyyət Materials 26 Aprel 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Beyin qan dövranının xroniki çatışmazlığından əziyyət çəkən Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin nüvə-maqnit rezonans tomoqrafiya müayinəsinin nəticəsi məlum olub. Respublika Neyro-Cərrahiyyə Xəstəxanasının maqnit rezonans tomoqrafiya şöbəsindən cümə axşamı Trend ə verilən məlumata görə, müayinənin nəticəsi 11 ay öncə keçirilmiş müayinənin nəticəsi ilə eynidir. Bu isə onu göstərir ki, Muradverdiyevin müalicəsi müsbət nəticələr verib. Belə ki, onun xəstəliyində ağırlaşma qeydə alınmayıb. Müayinənin nəticəsinə uyğun Muradverdiyev müalicəsini davam etdirəcək.

Muradverdiyev dünən müayinə üçün Respublika Neyro-Cərrahiyyə Xəstəxanasına aparılıb. O, nüvə-maqnit rezonans anqioqrafiya aparatından keçiriləndən sonra müalicə olunduğu Müalicə Müəssisəsinə aparılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti