...

Gürcüstanda Kvemo Kartli telekanallarının əməkdaşları üçün seminar keçirilib

Cəmiyyət Materials 26 Aprel 2007 16:29 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Aprelin 25-də "İnternyus" fondunun ofisində azərbaycanlı əhalinin yaşadığı Marneulinin "TV Marneuli" və Bolnisi teleşirkəti "12-ci kanal" üçün üç günlük seminar başa çatıb. "İnternyus"un Tiflisdəki ofisindən verilən məlumata görə, 12 gürcü və azərbaycanlı jurnalist üçün keçirilmiş senminarın mövzusu "Televiziya süjetinin hazırlanması prosesində balansa riayət olunması" olub.

Seminarı "Rustavi- 2" teleşirkətinin jurnalisti David Kikalişvili, TDU-nun jurnalistika fakültəsinin mühazirəçisi Maqda Memanişvili və Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi Tamar Qurçiani aparıblar.

Seminar ATƏT-in milli azlıqlar üzrə Ali Komissarlığı tərəfindən maliyyələşdirilən "İnternyus" fondunun "Jurnalistlərin treninqi" layihəsi çərçivəsində baş tutub. Bu gün başa çatan seminar layihədə nəzərdə tutulmuş təhsil silsiləsinin son mərhələsi idi.

Layihənin məqsədi Kvemo Kartli regionunda yaşayan xalqlar arasında informasiya, dil və mədəni maneələrin aradan qaldırılması, informasiya boşluğunun götürülməsi və regionda məlumatlı vətəndaşların sayının artırılmasıdır.

Layihə çərçivəsində "TV Marneuli" və "12-ci kanal" studiyalarında avadanlıqlar quraşdırılıb. Jurnalistlərə bir sıra mövzularda treninqlər keçirilib. "İnternyus"un dəstəyi ilə telekanallar öz informasiya proqramlarının istehsalına başlayıblar.

Xəbər lenti

Xəbər lenti