...

ANS kanalına lisenziya verildi

Cəmiyyət Materials 27 Aprel 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli Televiziya və Radio Şurası ANS teleradio kanalının yayımlandığı tezliyə elan olunmuş müsabiqədə bu kanalın özünü qalib elan etdi. Bu barədə qərar Teleradio Şurasının cümə günü keçirilən toplantısında qəbul edilib. Bununla, Şura ANS-ə yayımlanmaq üçün lisenziya verdi.

Xatırladaq ki, ötən ilin sonunda Teleradio Şurası ANS-in fəaliyyətində bir sıra qanun pozuntularını əsas gətirərək onun lisenziya müddətinin uzadılmamsı və yayımlandığı tezliyə müsabiqə elan olunması barədə qərar çıxarmışdı. Birinci müsabiqədə ANS-dən başqa iştirakçı olmadığı üçün Şura həmin tezliyə ikinci dəfə müsabiqə eldan etdi. İkinci müsabiqədə də ANS yeganə iştirakçı oldu.

Xəbər lenti

Xəbər lenti