...

Nazir: İşğal olunmuş torpaqlarda ətraf mühitə dəymiş ziyanla bağlı məsələni siayasi məsələlərdən sonra həll etmək olar

Cəmiyyət Materials 27 Aprel 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə dəymiş zərərlə bağlı məsələni siyasi məsələlərə aydınlıq gətirdikdən sonra həll etmək olar. Bu barədə cümə günü Azərbayacanın öekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuat-konfransında bildirib.

Azərbaycanın Ekologiya Nazirliyinin hesablamalarına görə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə törədilən yanğınlar zamanı 2006-cıl ildə ətraf mühitə dəyən ziyan 150 mln. manatı ötüb. Yanğınlar zamanı 63,5 min hektar otlaq sahəsi məhv edilib.

"Bu, çox həssas məsələdir. Biz öz siyasi motivlərimizi gizlədərək mədəniyyət, ekologiya sahələrində əməkdaşlıq edə bilmərik",-deyə nazir bildirib.

Nazir söyləyib ki, əgər Ekologiya Nazirliyi hər bir ağac, yaxud tarixi abidə üçün mübarizəyə başlasa, bu cəfəngiyyat kimi görünəcək. Çünki münaqişə nəticəsində artıq xeyli sayda insan həlak olub.

Onun sözlərinə görə, bu gün beyjnəlxalq təşkilatlara edilən çoxsaylı müraciətlərə baxmayaraq siyasi məsələlər həll olunmadan bu barədə danışmaq mümkün deyil.

Xəbər lenti

Xəbər lenti