...

Milli Akademik Teatr qastrol səfərinə yola düşüb

Cəmiyyət Materials 30 Aprel 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. "TrendLife" E.Hüseynzadə/

Azərbaycan Milli Akademik Teatrı qastrol səfərinə yola düşüb. Teatrın direktoru Maqbet Bünyadovun "TrendLife"a verdiyi məlumata görə, may ayının 1-dən 15-nə qədər Qaradəniz sahili ölkələrinin Trabzonda beynəlxalq festivalı keçiriləcək. Teatrın kollektivi də dünyanın 20-dən artıq ölkəsinin iştirak etdiyi həmin festivalda çıxış edəcək. May ayının 4-də teatr festivalda "Kaş ki araba aşmayaydı" tamaşası ilə çıxış edəcək. Teatr kollekutivi Trabzonda may ayının 8-nə kimi olacaq. Bəzi xarici teatrlar da Milli Akademik Teatrı ölkələrində qastrol səfərində olmağa dəvət ediblər. Bu işə isə yaxın gələcəkdə baxılacaq.

Xəbər lenti

Xəbər lenti