...

Gürcüstan-Azərbaycan Dostluq Evi Gürcüstanda xeyriyyə aksiyası keçirir

Cəmiyyət Materials 30 Aprel 2007 13:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanda fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Dostluq Evi xeyriyyə aksiyası keçirir. Bu gün "Utradent" şirkətindən verilən məlumata görə, mayda bu qurumun təşəbbüsü ilə Tbilisidə yaşayan çoxuşaqlı gürcü və azərbaycanlı ailələr üçün stomatoloji müayinələr keçiriləcək.

Şirkətdən bildiriblər ki, artıq bu ailələrin siyahılarının tərtib edilməsi prosesi başlayıb. Bu proses mayın 1-də bitəcək. Bundan sonra çoxuşaqlı gürcü və azərbaycanlı ailələrindən olan uşaqlar müasir stomatoloji müayinə keçəcəklər.

Gürcüstan-Azərbaycan Dostluq Evi təkcə bu aksiya ilə kifayətlənmək niyyətində deyil və gələcəkdə analoji tədbirləri azərbaycanlıların kompakt yaşadığı Marneulidə (Gürcüstan) və inqiloyların (etnik gürcülər) yaşadığı Qax (Azərbaycan) rayonunda da keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti