...

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Cəmiyyət Materials 30 Aprel 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. KM-dən bazar ertəsi bildirilib ki, Palatanın iclasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Rafiq Əjdər oğlu Cavadovun və digərlərinin şikayətlərinə baxılaraq onların Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun mayın 22-nə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti