...

Azərbaycan MDB təhsil nazirlərinin toplantısıda iştirak edəcək

Cəmiyyət Materials 1 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / MDB dövlətləri təhsil sahəsində əməkdaşlıq üzrə Şurasının XIX iclasının may ayının 3-4-də Düşənbədə keçirilməsi planlaşdırılır. Bu barədə MDB İcraiyyə Komitəsindən məlumat verilib. Toplantıda Şura üzvləri və Birlik ölkələrinin səlahiyyətli nümayəndələri, Şurada müşahidəçi statusuna malik təhsil bazalı təşkilatların və müəssisələrin, MDB İcraiyyə Komitəsinin, MDB Parlamentlərarası Assambleyası Katibliyinin nümayəndələri iştirak edəcək.

İclasda təhsil sahəsində əməkdaşlığın gələcək inkişafı ilkə bağlı məsələlər, həmçinin MDB məkanında vahid (ümumi) təhsil Konsepsiyasının təşkili barədə Hökumətlərarası proqramın həyata keçirilməsinin gedişi; 2010-cu ilə qədər təhsil sahəsində əməkdaşlıqla bağlı tədbirlər planı layihəsinin hazırlanması; MDB dövlətlərində yaşlıların təhsilinin inkişaf Konsepsiyası ilə bağlı tədbirlər planı; MDB dövlətlərində dilçilik təhsilində inteqrasiya sisteminin yaradılması və s. məsələlər müzakirə olunacaq.

Təshsil nazirliyindən verilən məlumata görə, Azərbaycanı tədbirdə nazirliyin nümayəndə heyəti təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti