...

Azərbaycan rəsmiləri söz və mətbuat azadlığına dair hesabatlarda əksini tapan məlumatlarla razılaşmır

Cəmiyyət Materials 3 May 2007 12:36 (UTC +04:00)
Azərbaycan rəsmiləri söz və mətbuat azadlığına dair hesabatlarda əksini tapan məlumatlarla razılaşmır

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Beynəlxalq təşkilatların Azərbaycandakı mətbuatın vəziyyəti ilə bağlı hesabatı reallığı əks etdirmir. Bu barədə cümə axşamı Trend ə eksklüziv müsahibəsində Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehtiyev məlumat verib.

Onun sözlərinə görə, hesabatlarda əksini tapan məlumatlar qeyri-rəsmi mənbələrdən toplanır ki, bu da Azərbaycanda gedən prosesləri tam dolğunluğu ilə əks etdirmir. "Ölkədə söz və mətbuat azadlığı sahəsində lazımi uğurlar əldə edilib. Sadəcə, bu sahədə müəyyən problemlər süni şəkildə şişirdilir və uğurlu proseslərə kölgə salınır" - deyə Mehtiyev bildirib.

Mətbuata məmurlar tərəfindən hücumların artması ittihamı ilə razılaşmayan Mehtiyev bildirib ki, son vaxtlar mətbuat orqanlarının məhkəməyə verilməsində məmurların heç bir rolu yoxdur. Onun sözlərinə görə, məhkəmə iddialarını qaldıran tərəf ya qeyri-hökumət təşkilatı, ya sahibkar, ya da digər təbəqənin nümayəndələridir.

Prezidentin İcra Aparatı rəsmisi hesab edir ki, bu gün Azərbaycanda yaradılan söz azadlığından bəzi mətbuat nümayəndələri sui-istifadə edirlər. Bununla həmin mətbuat nümayəndələri müəyyən niyyətlər güdürlər və maraqlarını həyata keçirirlər. "Bəzi beynəlxalq təşkilatlar siyasi niyyətlər naminə Azərbaycanı həmişə reytinq cədvəllərində aşağı göstərməyə çalışırlar. Hətta sirr deyil ki, bir çox hallarda Azərbaycandan zəif inkişaf etmiş ölkələri belə reytinq cədvəllərində yuxarı pillələrdə göstərirlər. Biz bu cür qiymətləndirmə ilə razılaşmırıq" - deyə Mehtiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti