...

Hüseyn Abdullayev saxlandığı Penetensiar Xidmətin Müalicə Mərkəzində 2 gündür aclıq aksiyası keçirir

Cəmiyyət Materials 5 May 2007 12:39 (UTC +04:00)
Hüseyn Abdullayev saxlandığı Penetensiar Xidmətin Müalicə Mərkəzində 2 gündür aclıq aksiyası keçirir

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ Millət vəkili Hüseyn Abdullayev saxlandığı Penetensiar Xidmətin Müalicə Mərkəzində 2 gündür aclıq aksiyası keçirir. Bu barədə şənbə günə jurnalistlərə açıqlama verən ədliyyə nazirinin müavini, Penetensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib.

Ələkbərov bildirib ki, açlığı dayandırması üçün Xidmətin əməkdaşları Abdullayevlə danışıqlar aparılır. Ələkbərov ümid edir ki, yaxın günlərdə Abdullayev aclığı dayandıracaq. Xidmət rəisinin sözlərinə görə, Abdullayevin şikayəti saxlanılma şəraitilə bağlı deyil. O bildirib ki, Abdullayev müxtəlif dövlət orqanlarına həbsi ilə bağlı şikayət edib və bu şikayətlər həmin qurumlar tərəfindən araşdırılıb, ona cavab veriləcək. Ələkbərov bildirib ki, Abdullayevlə bağlı cinayyət işinin istintaqı yekunlaşıb və iş baxılmaq üçün yaxın günlərdə məhkəməyə veriləcək.

Xəbər lenti

Xəbər lenti