...

"Sevgi xəstəliyi" adlı yeni tamaşa təqdim ediləcək

Cəmiyyət Materials 8 May 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /müx. "TrendLife" E.Hüseynzadə/

İyul ayının ortalarında Rus Dram Teatrı mövsümün bağlanması münasibətilə yeni tamaşa təqdim edəcək. "TrendLife"a teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa "Sevgi xəstəliyi" adlanır. Senarisi Vladimir Neverova məxsus olan bu tamaşa musiqili komediya janrındadır, tamaşanın quruluşu isə teatrın direktoru Aleksandr Şarovskiyə aiddir. Tamaşada həm teatrın aktyorları, həm də Brilliant Dadaşovanın rəhbərlik etdiyi "Akademiya" layihəsinin uşaqları iştirak edəcək. Son vaxtlar həmin layihənin uşaqları br neçə konsert proqramında, həmçinin Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak ediblər. İndi isə onların çıxışını Musiqili Komediya Teatrı gözləyir.

Xəbər lenti

Xəbər lenti