...

Məhkəmə-Hüquq şurasının sədri: "Azərbaycan-Turkiyə münasibətləri iki qardaş xalqın maraqlarına uyğun inkişaf edir"

Cəmiyyət Materials 11 May 2007 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir P.Əmircanov/ Azərbaycan və Türkiyə arasında tərəfdaşlıq münasibətləri iki qardaş xalqın maraqlarına uyğun inkişaf edir. Bu barədə cümə günü ölkəmizdə səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğçunu qəbul edən Azərbaycan Məhkəmə-Hüquq şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Məmmədof qeyd edib ki, ölkələrimiz arasındakı zəngin müqavilə-hüquq bazası bütün sahələrdə, o cümlədən ədliyyə məhkəmə orqanları arasında əlaqələrin daha da genişlənməsinə şərait yaradıb. Nazir ölkədə aparılan hüquqi islahatlar haqqında da qonağa ətraflı məlumat verib.

Xanım Tuğcu təmsil etdiyi qurumla Azərbaycanın müvafiq orqanları arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə danışıb, Azərbaycanın sürətli və hərtərəfli inkişaf dövrü yaşadığını bildirib.

Həmin gün Türkiyəli qonaq Məhkəmə-Hüquq Şurasının üzvləri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti