...

ATAF-ın Strasburq şöbəsi beynəlxalq gənclik təşkilatı ilə görüş keçirib

Cəmiyyət Materials 12 May 2007 12:09 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi Fransa və Avropanın nüfuzlu gənclər təşkilatlarından biri olan Çoxmədəniyyətli Gənclik Şurası (COJEP) ilə görüş keçirib.

COJEP-in mərkəzi ofisində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq, müxtəlif layihələrdə və beynəlxalq konfransların təşkilində birgə fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın Fransa ictimaiyyətinə daha yaxından tanıdılmasıyla bağlı COJEP ilə razılıq əldə olunub.

Azərbaycanın 28 May - Müstəqillik bayramı münasibətiylə Strasburqda keçiriləcək tədbirlərin təşkilində lazımi köməklik göstərəcəklərini bildirən COJEP rəsmiləri Azərbaycan təşkilatlarıyla əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Qeyd etmək lazımdır ki, beynəlxalq arenada kifayət qədər tanınan, BMT kimi beynəlxalq təşkilatda təmsilçisi olan COJEP 25 ildən artıqdır ki, fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti