...

Dövlət Komitəsi erkən nikah əleyhinə layihə həyata keçirir

Cəmiyyət Materials 12 May 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may/müx.TrendLife Fərid Sadıxov/ Azərbaycanda oğlanlara 18, qızlara isə 17 yaşı tamam olduqdan sonra rəsmi nikaha girməyə icazə verildiyi halda, son illər erkən yaşda evlənənlərin sayı artıb. Həm rəsmi, həm də qeyri-rəsmi məlumatlarda erkən yaşda ailə quranlar arasında qızların üstünlük təşkil etdiyi bildirilir. Təbii ki, bu zaman ailə qurmağa yaşı çatmayanlar arasında rəsmi nikah deyil, dini kəbin bağlanılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən yaşda qızların kəbinini kəsən din xadimlərini qanunları pozmaqda ittiham edib. Komitənin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, 17 yaşına çatmamış qızların ərə verilməsi hallarına daha çox cənub rayonlarında rəst gəlinir.

Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə "Milli-mənəvi dəyərlərimizi qoruyaq" layihəsi həyata keçirməyə başlayıb. Bu layihə çərçivəsində mayın 14-də Memarlıq və İnşaat Universitetində 3-cü və 4-cü kurs tələbələri üçün "Erkən nikahlar və ailədə qarşılıqlı münasibətlər" mövzusunda mühazirə oxunacaq. Layihəyə uyğun olaraq cənub rayonlarında erkən nikahın zərərli cəhətlərilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti