...

Rusiyanın mərkəzi kitabxanalarından birində "Azərbaycan ədəbiyyatı" bölməsinin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 14 May 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bazar ertəsi Rusiyanın Murmansk şəhərinin Mərkəzi Kitabxanasında "Azərbaycan ədəbiyyatı" adlı bölmənin açılış mərasimi keçirilib. Bu barədə bazar ertəsi Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluq tərəfindən kitabxanaya müasir Azərbaycanın müxtəlif sahələrinə dair kitablar, həmçinin Dağlıq Qarabağ münaqişəsini əks etdirən nəşrlər hədiyyə edilib.

Həmçinin Murmansk şəhərinin "Ledovıy" sarayında Azərbaycan musiqiçiləri, incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib.

Azərbaycanın Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılrla İş üzrə Dövlət Komitəsinin Rusiya şöbəsinin müdiri Ş.Salmanov, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktorunun müavini G.Həmzəyev, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Q.Osmanov bazar ertəsi Murmansk şəhərinin meri, daxili işlər və federal miqrasiya orqanlarının rəhbərliyi ilə görüş keçiriblər. Görüşlərdə Murmansk vilayətində yaşayan azərbaycanlıların miqrasiya problemləri, qeydiyyata düşmələri ilə bağlı vəziyyət, onların həyat tərzi barədə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti