...

Azərbaycanın mədəniyyət və turizm naziri: "Lənkərandakı İstisu sanatoriyası bərpa ediləcək"

Cəmiyyət Materials 14 May 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əliyeva/ Azərbaycanda mövcud olan abidə komplekslərinin bərpasına dair dövlət proqramına Lənkəran şəhəri ilə bağlı ayrıca bənd salınacaq. Bu barədə bazar ertəsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Lənkəran şəhərində açıqlama verib.

Qarayev bildirib ki, abidələrin, istirahət zonalarının bərpası çərçivəsində Lənkərandakı İstisu sanatoriyası da bərpa ediləcək. Nazir qeyd edib ki, bu işlərə dövlətlə yanaşı özəl sektor da cəlb olunmalı, sərmayə yatırmalıdır.

Qarayev həmçinin məlumat verib ki, ötən il Azərbaycanda 20-ə yaxın mehmanxana və kotec kompleksləri tikilib. Dövlətdən lisenziya almaq istəyən mehmanxana sahibləri isə tələssinlər. Onların müraciətinə Nazirlik tərəfindən 15-20 gün müddətində baxılacaq.

Xəbər lenti

Xəbər lenti