...

Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi başlanıb

Cəmiyyət Materials 15 May 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Çərşənbə günü keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı "Azpetrol" şirkətlər qrupunun prezidenti Rafiq Əliyevin və digər 17 nəfərin məhkəməsinə hazırlıq iclası öz işinə başlayıb.

Hakim Tofiq Paşayevin sədrliyi ilə keçən hazırlıq iclası başlanan kimi Fərhad Əliyevin vəkili İsaxan Aşurov vəsatət qaldırıb. Vəkil vəsatətində göstərib, ki məhkəmə iclasına bu hakim heyətinin sədrlik etməsi qanuna ziddir. Vəkil bunu onunla əsaslandırıb ki, sədr - hakim Tofiq Paşayevin və digər köməkçi hakimlər Əlisultan Osmanovun, Vaqif Mursaqulovun səlahiyyət müddəti başa çatıb.

Daha sonra yarım saatlıq fasilə elan olunub, hakim heyəti vəsatəti müzakirə etmək üçün müşavirəyə gedib.  

İş üzrə təqsirləndirilən Fərhad Əliyev, Rafiq Əliyev və Nazirliyin keçmiş əməkdaşlarından ibarət olan digər 17 nəfərə Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2 (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti