...

AFFA yeddi kluba lisenziya verib

Cəmiyyət Materials 16 May 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ AFFA yeddi futbol klubuna gələn mövsüm Avropa kuboklarında iştirak etmək hüququnu verən lisenziya təqdim edib.

Federasiyanın Lisenziya Komitəsi "Neftçi", "Xəzər-Lənkəran", "Bakı", "İnter", "Karvan", "Qarabağ" və "Simurq"a müvafiq sənədlər verib. Bu komandaların əksəriyyəti hazırda UEFA Kuboku və Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır və Azərbaycanı beynəlxalq arenada təmsil etməyə hazırdır.

Onu da bildirək ki, müvafiq lisenziyaları hələlik "MKT-Araz", "Olimpik", "Gənclərbirliyi", "Şahdağ", "Turan" və "Gilan" ala bilməyib. Ancaq bu klubların hələ ki, AFFA-ya lazımi sənədlər təqdim etmədiyini də vurğulamaq lazımdır. Bütün bunlara baxmayaraq, adıçəkilən klubların vəziyyəti düzəltmək üçün hələ kifayət qədər vaxtı olacaq.

Xəbər lenti

Xəbər lenti