...

Xəzərin Azərbaycan sularında 99 batmış gəmi var

Cəmiyyət Materials 21 May 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may/müx. Fərid Sadıxov

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Xəzər sularında gəmiçilik idarələrinə məxsus metal tullantılar, batmış və yarımbatmış gəmilər, eləcə də istismara yararsız yanalma körpüləri uzun illərdən bəri dənizin biomüxtəlifliyinə mənfi təsir göstərir.

Nazirliyin mətbuat xidmətindən "TrendLife"a bildirilib ki, hazırda Xəzər dənizində gəmiçiliklə bir neçə müəssisə məşğuldur. Bunlar "Xəzərdənizgəmiçiliyi" (84 gəmi), "Xəzərdənizneftdonanma" İdarəsi (269 gəmi), Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (20 gəmi), Azərbaycan Hərbi Dəniz Qüvvələri (49 gəmi), "BUE KASPİAN" Alyansıdır (14 gəmi). Bu müəssisələrdə istismar olunan gəmilərin sahilə yan alması, müxtəlif təyinatlı yüklərin daşınması məqsədilə 27 liman və körpülərdən istifadə olunur. (14 gəmi). Bu müəssisələrdə istismar olunan gəmilərin sahilə yan alması, müxtəlif təyinatlı yüklərin daşınması məqsədilə 27 liman və körpülərdən istifadə olunur.Nazirlikdən bildirilib ki, 2006 və 2007-ci ilin may ayına qədər Bakı buxtasından çəkisi təxminən 2110 tondan artıq olan batmış gəmilər çıxarılaraq metal tullantısı kimi "Baku Steel Company" şirkətinə təhvil verilib. Hazırda Hərbi Dəniz Qüvvələrinin 57, "Balıq Soyuducu Donanma" İdarəsinin 40, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın isə 2 ədəd batmış və yarımbatmış gəmisi Nargin, Qum adası, Sahil Limanı və Gəmi Təmiri Zavodu ərazilərində atılmış vəziyyətdədir. Onların ümumi çəkisi 200 min tondan artıqdır. çəkisi 200 min tondan artıqdır. Həmçinin aparılan tədqiqatlar zamanı məlum olub ki, Xəzərdə bağırsaq çöpü bakteriyaları və çirklənmə normadan artıqdır.

Xəbər lenti

Xəbər lenti