...

Ətraf mühitin birgə mühafizəsinə dair Gürcüstan və Azərbaycan arasında yeni saziş imzalanacaq

Cəmiyyət Materials 21 May 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ətraf mühitin birgə mühafizəsinə dair bu yaxınlarda Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığa dair yeni saziş imzalanacaq. Bu barədə bazar ertəsi Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri İsa Əliyev məlumat verib. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan və Gürcüstan arasında 1997-ci ildə saziş imzalanıb. Ancaq bu sazişdə hərtərəfli problemlərin həlli əhatə olunmadığından, yeni sazişin imzalanmasına ehtiyac yaranıb.

Əliyev bildirib ki, yeni sazişdə ətraf mühitin bütün komponentləri üzrə maddələr salınacaq və bu istiqamətdə strateji əməkdaşlıq qurulacaq. Sazişdə, həmçinin Kür çayının təmizlənməsi məsələsi də əksini tapacaq.

Gürcüstan tərəfi sazişin Tbilisidə imzalanmasını təklif edib. Hazırda daxili prosedurlar gedir. Rəyin alınması üçün sazişin müddəaları müvafiq nazirliklərə göndərilib. İyula qədər müvafiq sənədlərin hazırlanması başa çatacaq.

Xəbər lenti

Xəbər lenti