...

"Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin fəaliyyəti dayandırıldı

Cəmiyyət Materials 23 May 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin çapının dayandırılmasına qərar verildi. Bu barədə qəzetin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin hüquqlarını müdafiə komitəsinin çərşənbə günü keçirilən toplantısında qərar qəbul edilib.

Qərar barədə qəzetin redaktoru Şahvələd Çobanoğlu məlumat verib.

Redaktor qeyd edib ki, nəşrlərin və onun kollektivinin fəaliyyəti iflic vəziyyətə salınıb, redaksiyanın avadanlıqları müsadirə olunub, həmçinin maliyyə imkanları məhdudlaşıb, qəzetin baş redaktoru həbsdədir. Bütün bunlara görə qəzetin çapının davam etdirilməsi mümkün deyil: "Bizim artıq başqa qərar çıxarmaq imkanımız yoxdur. Qəzetin fəaliyyətini dayandırmağı qərara aldıq. Amma jurnalistlərin etiraz aksiyaları gündəmdədir və iyunun 12-də yürüş-mitinqin keçirilməsinə hazırlıq gedir"-deyə redaktor bildirib.

Xəbər lenti

Xəbər lenti