...

Altay Həsənov: "Maşın-şou bizim gimnastlar üçün deyil"

Cəmiyyət Materials 24 May 2007 18:55 (UTC +04:00)
Altay Həsənov: "Maşın-şou bizim gimnastlar üçün deyil"

Azərbaycan, Bakı, 24 may /mx.TrendLife Vüqar Vüqarlı/Azərbaycan çoxdan beynəlxalq müsabiqələr keçirilən yer olub. Əgər 10 il bundan əvvəl Bakıda sambo üzrə dünya çempionatı keçiriləndə hamı bu fakta təəccüblənirdisə, indi elə bil belə də olmalıdır. Bu onunla əlaqədardır ki, Azərbaycanda təşkilatçı adamlar mövcuddur.Və onlar heç də tanınmış idman məmurlarıdan geri qalmırlar. Bunlardan biri də Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovdur. Altay müəllim nəinki idman üzrə əla mütəxəssisdir, həmçinin səmimi, yumor hissi olan həmsöhbətdir.

- Sizcə, iyunda Bakıda bədii gimnastika üzrə keçiriləcək Avropa çempionatında "erməni sualı" futbolda və ya güləşdəki kimi sərtdir?

- Əgər 2005-ci ildə Bakıda keçirilən dünya çempionatında sadə bir səbəbə görə bura buraxılmayıbsa, yəqin ki, indi Avropa çempionatında gəlib iştirak etməyə də qorxurlar. Əgər səhv etmirəmsə, erməni "bədiiləri" ümumiyyətlə 50 yaxşı qimnastın siyahısına daxil deyil. Necə deyərlər, onlar özlərini biabır etməkdən başqa heç nə edə bilməyəcəklər.

- Qonaqlar harda yerləşdiriləcək? Mən həm idmançıları, həm məşqçiləri, həm də hakim və məmurları nəzərdə tuturam.

- İdmançılar və məşqçilər, ənənəyə görə, "Abşeron" mehmanxanasında, hakimlər və məmurlar isə "Avropa" mehmanxanasında yerləşdiriləcək. Ələlxüsus da bu mehmanxanalar yarışların keçirildiyi yerə, yəni H.Əliyev adına İdman Konsert Kompleksinə yaxındır.

- Başqa ölkələrdən olan bədii qimnastların azarkeşləri gələcəklər? Mən bilirəm ki, məsələn, Rusiya azarkeşləri özlərinin sevimlilərini planetin istənilən nöqtəsinə yola salırlar?

- Tamamilə doğrudur. Biz yüzə yaxın rus, təxminən əlli Ukrayna azarkeşi gözləyirik. Onu da deyim ki, başqa ölkələrdən də bədii gimnasika azarkeşləri gələcəklər. Axı Bakıya 33 ölkədən nümayəndə heyəti təşrif buyuracaq.

- İstənilən ölkə öz ərazisində beynəlxalq turnir keçirəndə fürsətdən istifadə edib öz mədəniyyətini də təbliğ edir. Bəs bizdə necə, qonaqlar gələndə mədəniyyət tədbirləri keçiriləcək?

- Əlbəttə. Onlar bura gəldikləri zaman Bakıda və Bakıdan kənar yerlərdə olan tarixi yerlərə ekskursiyaya aparılacaqlar.

- Keçək öz azarkeşlərimizə. Təəssüf ki, bizdə bədii gimnastika fanatları çox azdır. Həm dünya çempionatında, həm də Kubok mərhələlərində Sarayın səhnələri bomboş olub. Qorxmursuz ki, tarix təkrarlanar?

- Düzünü desəm, çox qorxuram. Məhz buna görə də biz dövlət kanallarında geniş reklam kampaniyası keçiririk. İnanıram ki, xalqımız gəlib həm özümüzə, həm də xarici gimnastlara azarkeşlik edəcək. Azərbaycan azarkeşlərinin sevimlisi olan rusiyalı Alina Kabayeva və ispanlı Almudenı Sid iştirak edəcək.

- Azarkeşləri kütləvi surətdə tribunalara doldurmaq xətrinə bu dəfə də onların təşkili olacaqmı? Axı sirr deyil ki, bu təcrübəni bəzi idman federasiyaları həyata keçirir.

- Etiraf edim ki, biz də arada bu metoddan istifadə etmişik. İndi isə belə hərəkətlərdən əl çəkmişik, ancaq reklam kampaniyasının gücünə bunu edirik. Biz gimnastika aləmində gözəl həftəsonu keçirmək istəyirik. Onu da qeyd edim ki, bu kampaniya artıq birinci nəticəsini göstərib. Bizim biletlərimiz artıq İnternet vasitəsilə alınır. Bu da bizi sevindirməyə bilməz.

- Yeri gəlmişkən, biletlər neçəyədir?

- Biletlərin qiyməti 3 manatdan 5 manata kimidir. Mən fikirləşirəm ki, o qədər də baha deyil.

- Əgər səhv etmirəmsə, Avropa çempionatında heç bir priz fondu yoxdur. Yəni biz qalibləri evlərinə əliboş göndərəcəyik?

- Əlbəttə, yox (gülür). Onları Avropa çempionatının sponsoru olan "Azərcell" və LG-dən qiymətli hədiyyələr gözləyir.

- Bizim gimnastların bu hədiyyələri udmaq şansı varmı?

- Mən çox sevinərdim ki, bizim güclü üçlüyümüz olan Dinara Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva heç olmasa bir medal qazansınlar. Özünüz bildiyiniz kimi, Kabayeva, Kapranova, Bessonova, Sessina iştirak edən çempionatda qalib olmaq bir az çətin məsələdir.

- Əgər qalib olsaq belə, o dəqiqə "medalı almışıq" kimi söhbətlər gəzəcək.

- Ay sağ ol. Bizim idmançılar öz məmləkətində çıxış edən kimi onun haqqında o dəqiqə müxtəlif söz-söhbətlər gəzir. Ən acıqlısı isə odur ki, bu söhbətləri yayan elə idmançıların özüdür. Mən bir şeyi başa düşmrəm ki, Azərbaycan idmançıları necə bir-birinə paxıllıq edirlər. Onlar ümumi işi görürlər. Həm himnimizə ayaq üstə qulaq asırlar, həm də bayrağımızı qaldırırlar.

- Sonda iki sualım olacaq. Birincisi, gimnastika kompleksinin tikintisi hansı vəziyyətdədir?

- Hazırda layihə işləri aparılır. Zalda tamaşaçıların yelərini bir az artırmışıq. Lakin bu, o demək deyil ki, biz bədii gimnastların çıxışlarına və məşqlərinə mane oluruq.

- Siz ümid edirsiz ki, yaxşı reklamın gücünə Saraya bizim gimnastlara azarkeşlik edənlər yığılacaq. Olmazdı ki, reklam xətrinə onları "Maşın-şou"ya göndərəsiniz? Orda Əli İsmayılov oynadı, həm özünü, həm də boksu reklam etdi?

- (Fikrə gedir) Siz Əli İsmayılov kimi adamın yanında zərif məxluqları necə təsəvvür edirsiz? Bunlar gün ərzində ancaq kök salatları ilə qidalanırlar. Onlar heç vaxt bütün gün ərzində maşının yanında dayana bilməzlər, gücləri çatmaz. Bizim gimnastlara başqa cür reklam lazımdır (gülür). "Maşın-şou" bizim gimnastlar üçün deyil!..

Xəbər lenti

Xəbər lenti