...

Medianın reklamla təmin olunması sahəsindəki təcrübələr müzakirə edilir

Cəmiyyət Materials 29 May 2007 16:52 (UTC +04:00)
Medianın reklamla təmin olunması sahəsindəki təcrübələr müzakirə edilir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mətbu orqanların reklamla təmin olunması işi ilə müvafiq bir dövlət orqanının məşqul olması təcrübəsi Azərbaycanda da tətbiq edilə bilər. Bu fikir Azərbaycan Mətbuat Şurasının və Türkiyə səfirliyinin birgə təşkilatçılığı ilə çərşənbə axşamı keçirilən konfransda səsləndirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, media orqanlarının fəaliyyətində, iqtisadi durumunun yaxşılaşdırılmasında onların reklamla təmin olunması böyük rol oynayır. Onun sözlərinə görə, Türkiyədə qəzetlərə reklamlar, elanlar paylayan rəsmi qurum fəaliyyət göstərir.

Konfransda iştirak edən Türkiyənin Basın Yayım Kurumunun (Mətbuat Yayım Təşkilatı) başqanı Ertam Cilov bu qurumun fəaliyyəti, təcrübəsi barədə məlumat verib. Onun sözlərinə görə, bu təşkilatın 36 nəfərdən ibarət baş qurumu fəaliyyət göstərir, onların 12-si dövlət orqanlarının, 12-si KİV-lərin , 12-si isə tərəfsiz təşkilatların nümayəndələridir. Rəsmi qurumdan reklam almaq istəyən bura yazılı şəkildə müraciət etməlidir. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə çıxan qəzetlərin Basın Yayım Kurumunun reklamını alması üçün ən azı 12 nəfər müxbiri olmalıdır.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslırğlu bildirib ki, qərb dövlətlərin mediasında reklamlandan gələn gəlir qəzetlərin satış gəlirindən çoxdur: "Azərbaycanı Türkiyədəki medianın reklam bazarının tənzimlənməsi sahəsindəki təcrübə ilə tanış etmək borcumuzdur. Bu sahədəki uğurlarımızı da, nöqsanlarımızı da göstəririk, nəticə çıxarmaq isə sizə aiddir", - səfir bildirib.

Azərbaycan Prezidenti Aparatının nümayəndəsi Vüqar Səlimov bildirib ki, Azərbaycanda müstəqil şəkildə reklam bazarı formalaşır. Bu da müstəqil mətbuatın, söz azadlığının inkişafına, plüralizmin genişlənməsinə imkanlar yaradır. "Azərbaycan dövləti ölkədə reklam bazarının genişlənməsində maraqlıdır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti