...

Sənətimə hörmət edən adamla ailə qurardım - Sevda

Cəmiyyət Materials 29 May 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı. 29 may /müx.TrendLife Fəridə Məhərrəmqızı/Azərbaycan şou-biznesinə gəlmək üçün bəziləri çox yola əl atırlar. Çoxu "sponsorlarına", bəziləri sevgililərinə, hətta ərlərinin gücünə, bəziləri isə ... Müğənni Sevda isə, tam əksinə, rəqqasəlikdən müğənniliyə gəlib. Müğənni olmaq üçün çox əzablardan keçib. Bu haqda müğənni özü TrendLife-a müsahibəsində ətraflı danışıb.

- Bildiyimə görə, əvvələr sən oriyental rəqs edirdin. Bu faktır. Hazırda isə rəqsi tamamilə atmısan.

- Bir söz deyim, kaş ki, sənətə müğənnilik ilə gələydim. Əvvələr mən Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunda oxumuşam. Bir-iki aya isə konservatoriyaya daxil olacağam. Əslində rəqqasəliyim qəfildən olub. Buna isə məni maddi çətinlik məcbur edib. Ərəb rəqsinin nə olduğunu bilməyə-bilməyə oynamağa başlamışam. Rəqsi isə birdən-birə atmamışam. Rəqqasəlikdən qazandığım pulu müğənniliyim üçün xərcləyirdim. Artıq görəndə ki, müğənniliklə lazımi qədər populyarlıq qazanmışam, rəqqasəlikdən uzaqlaşdım. Heç bir valideyinə məsləhət bilməzdim ki, övladları oreyental rəqqasə olsun.

-Səncə, oriyental nəyə görə bizdə pis qarşılanır?

- Nəinki bizdə, Türkiyə kimi yerdə belə oriyental rəqs çətinliklə qəbul olunur. Bəziləri oriyental rəqsin mənasını başa düşmür. Biri var sənət göstərirsən, biri də var ki, bədənini. Bunlar tam fərqli şeylərdir.

- Bəlkə rəqqasələr arasında rəqabət aparmaqdan qorxub arxaya çəkildin?

- Yox. Əsla. Rəqabət aparmağı sevirəm. Lakin sağlam rəqabət. Bilirsiz, dava-dalaşla heç nə əldə etmək olmaz. Mən həmişə çalışıram kənarda dayanım. Bəziləri gündəmdə qalmaq üçün qalmaqallar yaradırlar. Elələri gündəmdə çox az müddətdə qalır. Hazırda maşallah heç bir müğənni və rəqqasə ilə düşmənçiliyim yoxdur.

- Hansı yenilklər var?

- Yeni mahnılar üzərində işləyirəm. Bu yaxınlarda təzə albomum işıq üzü görəcək. Albomda olan mahnıların çoxu lirikdir.

- Nəyə görə sən həmişə lirik mahnılara üstünlük verirsən?

- ... Bəlkə təbiətən sakit olduğum üçün, bu səpgili mahnılar oxuyuram.

- Nəyə görə Rəqsanə və Xatirə sənin şəxsiyyətinə toxunan sözlər danışırlar?

- Mənim heç bir müğənni ilə işim yoxdur. Bəzi müğənnilər - adlarını çəkməyəcəm, çünki onları reklam etmiş olaram - üzümə gülür, arxamca danışırlar. Mən də bir vaxta kimi dözdüm danışmadım. Görürəm ki, bu öz-söhbətlər indiyə qədər davam dir. Artıq o müğənnilərlə salamlaşmıram. Mənim heç kəsə pisliyim dəyiməyib. Allaha çox şükür, heç kimin sponsoruna, sevgilisinə və ən əsası heç kimin çörəyinə bais olmuram. Mən onlar haqqında bildiklərimi danışsam, gərək Azərbaycanda gəzməsinlər. Onların mənim musiqi savadımdan danışmağa heç bir haqları yoxdur. Mənim musiqi savadım var. İki fortopiano məktəbi bitirmişəm. Gəlsinlər onlara solfecio, musiqi ədəbiyyatı dərsi verim, bəstəkarlardan danışım. Mənim bildiklərimin bəlkə heç 30%-ni bilmirlər. O ki, qaldı oxumağa, anqırmaqla oxumaq olmur. Tək bir niyyətim var - işim, səsim, sənətim. Sənət yoldaşlarımın heç biri ilə dostluq etmirəm. Mən dostluğa inanmıram. Dost - mənim ailəm, bir də qardaşımdır.

- Bu dəqiqə gündəmdə qalmaq çox çətindir. Buna çoxlu maliyyə vəsaiti lazımdır. Daha dəqiq desək, sponsor lazımdır. Sənin sponsorun varmı?

- Mənim sponsorum səsimdir. Bəli, var. Bəzi müğənnilərin sponsorları var. Məncə, sponsorluğı hansısa şirkət etsə, yaxşı olardı. Bütün ölkələrdə belədir.

- Ailə qurmaq istəmirsən?

-Ailə... (Bir az fikirə gedir). Mən sənətimi başa düşən, sənətimə hörmət edən adamla ailə qurardım. Məktəbdə oxuduğum vaxtlarda həmişə qızlarnan bu haqda danışanda deyirdim ki, mən məntiqi yaxşı olan oğlana ərə gedəcəyəm (gülür).

Xəbər lenti

Xəbər lenti