...

Hökumət Evində Heydər Əliyevin büstü açılıb

Cəmiyyət Materials 30 May 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /mü.TrendLife Eldar Hüseynzadə/Hökümət evində aktiv surətdə təmir işləri gedir. TrendLife-ın verdiyi məlumata görə, bəzi hissələrin təmiri artıq bitmək üzrədir. Bu gün binanın foyesində ümumilli liderimiz Heydər Əliyevin büstü açılıb. Bu tədbir mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən keçirilib. Qonaqlar arasında Azərbaycanın baş nazirinin birinci müavini Abid Şərifov, sənaye və energetika naziri Natiq Əliyev, ombudsman Elmira Süleymanova və başqaları olub. Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycanın inkişafında böyük rolu olduğunu deyiblər. Hökümət evində gedən təmir işləri 2007-ci ilin sonu-2008-ci ilin əvvələrində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti