...

"Transparency International"ın rəhbəri: "Azərbaycanda korrupsiya səviyyəsinin azaldılması üçün islahatlar, siyasi iradə və güclü vətəndaş cəmiyyəti lazımdır"

Cəmiyyət Materials 31 May 2007 15:15 (UTC +04:00)
"Transparency International"ın rəhbəri: "Azərbaycanda korrupsiya səviyyəsinin azaldılması üçün islahatlar, siyasi iradə və güclü vətəndaş cəmiyyəti lazımdır"

Azərbaycan, Bakı, /müxbir Trend S.Ağayeva/Azərbaycanda korrupsiya səviyyəsinin azaldılması üçün islahatlar, siyasi iradə və güclü vətəndaş cəmiyyəti lazımdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə "Transparency International"ın Direktorlar Şurasının rəhbəri Yuqet Label təşkilatın Bakıda açılmış Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional görüşündə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın hər il nəşr etdirdiyi korrupsiyanın qavranılması indeksində heç də birinci yeri tutmur. Labelin qeyd etdiyi kimi, "Transparency International" hesabatlarında özəl sektorun, ölkənin qeyri-hökumət təşkilatlarının məlumatlarına və aparılmış monitorinqlərin nəticələrinə əsaslanır və bunlar subyektiv fikirlər ola bilməz. Təşkilatın Direktorlar Şurasının rəhbəri Azərbaycan hökumətinə korrupsiyaya qarşı mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi və islahtlarla bağlı köməklik göstərməyə hazır olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti