...

Ermənilər dünya ictimaiyyətini aldadırlar

Cəmiyyət Materials 31 May 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /müx.TrendLife Günel Əhmədova/ "Özünə hörmət edən heç bir ölkə vətəndaşı, beynəlxalq təşkilatların nümayəndələri festivalda iştirak etməməlidir. Çünki ermənilər mədəni tədbir adı altında dünya ictimaiyyətini aldatmağa çalışır. Ermənilər məhşur müğənniləri yalnız maddi marağa görə festivala cəlb edə bilərlər". Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov iyunun 1-5-də işğal olunmuş Dağlıq Qarabağda ermənilərin keçirəcəkləri "Dar" ümumerməni musiqi festivalına münasibət bildirərək Trendə belə deyib. Xatırladaq ki, həmin festivalda ermənilərin Azərbaycan mahnılarını səsləndirəcəyi və Rusiya, ABŞ, Bolqarıstan, Ukrayna, Gürcüstan və İrandan olan müğənnilərin iştirak edəcəyi söylənilir. Lakin onların adları açıqlanmır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mətin Mirzə məsələnin araşdırıldığını deyib. Bildirib ki, layihənin nə dərəcədə geniş keçiriləcəyini öyrənməyə çalışırlar. M.Mirzə məsələ ilə bağlı qurum tərəfindən addımlar atılacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti