...

Azərbaycanda 49 min əqli və fiziki qüsurlu uşaq var

Cəmiyyət Materials 1 İyun 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda 49 min əqli və fiziki qüsurlu uşaq var. Bu barədə Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov cümə günü məlumat verib.

Qeyd edək ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Azərbaycan Konstitusiyasına görə, 18 yaşına qədər vətəndaşlar əhalinin uşaq kateqoriyasına aid edilir. Ölkə əhalisinin üç milyon yarımını (ölkə əhalisinin sayı 8.532.400 nəfərdir) uşaqlar təşkil edir.

Azərbaycanda hazırda 65 uşaq evi var və burada 23 min uşaq yaşayır. Ümumilikdə Bəkirov qeyd edib ki, BMT-nin Uşaq Komitəsi 2006-cı ildə Azərbaycana 69 bənddən ibarət tövsiyələr verib, lakin o vaxtdan qəbul olunan bir sıra qanunlar uşaqların hüquqlarını pozur. Bəkirov hesab edir ki, bağçaların özəlləşdirilməsi, orta məktəb şagirdləri üçün mərkəzləşdirilmiş test imtahanlarının keçirilməsi buna nümunədir. Ən ağır hallar uşaqların satılması ilə bağlıdır.

Bəkirovun sözlərinə görə, 2005-ci ilə qədər Azərbaycandan 150-ə yaxın uşaq xarici vətəndaşlara himayəyə verilib, son illərə aid rəqəmlər isə açıqlanmır.

Rəsmi statistik məlumatlara görə, 2006-cı ildə 148946 uşaq doğulub, 1508 nəfər bir yaşına qədər olan körpə ölüb. Ötən il doğulan uşaqların 22029-u qeydə alınmış nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqlardır.

Xəbər lenti

Xəbər lenti