...

Azərbaycan kənd məktəbinin şagirdləri Tbilisili yaşıdları ilə görüşüb

Cəmiyyət Materials 1 İyun 2007 17:52 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Cümə günü Məktəb Əməkdaşlığı Prolqramı çərçivəsində Uzuntalo kəndinin Azərbaycan məktəbinin 50 şagirdi Tbilisidə 117 saylı məktəbə baş çəkib. Gürcüstanın Təhsil və Elm Nazirliyindən verilən məlumata əsasən, "Vətənimin paytaxtı Tbilisi" tədbirində həmçinin Osetiya və Gürcüstan məktəblərindən 150 uşaq iştirak edib.

Məktəb Əməkdaşlığı Prolqramını Təhsil və Elm Nazirliyi 2004-cü ildən etibarən həyata keçirir. Proqramın məqsədi gürcü və milli azlıqların nümayəndələri məktəblərinin şagirdləri, müəllimləri və valideynlərinin yaxınlığınıy və onların arasında dostluq münasibətlərinin yaradılmasıdır. Keçən il gürcü məktəbliləri Marneuli rayonunda azərbaycanlı şagirdlərin ailələrində olub və bu gün onlar Tbilisidən olan yaşıdlarını qəbul edib.

Hər il proqram 50-dən çox məktəbin min şagirdini əhatə edir. Proqramın büdcəsi 100 min lari (65 min dollar) təşkil edir. Ekspertlər hesab edir ki, bu proqram milli azlıqların Gürcüstan cəmiyətinə inteqrasiyası prosesində ciddi rol oynayır.

Xəbər lenti

Xəbər lenti