...

Kukla Teatrının işçiləri xaricdə təcrübə keçəcəklər

Cəmiyyət Materials 2 İyun 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Abdulla Şaiq adına Kukla Teatrı təmirdən sonra ilk açılan teatr olacaq. Teatrda təmir aparılarkən teatrın direktoru "TrendLife"a bunları dedi: "Artıq çətin işlər qutarıb. Dam örtükləri bütünlüklə təmir olunub. Təzə pəncərə və qapılar qoyulur. Bir az sonra yeni aparaturalar qoyulacaq. Yeri gəlmişkən qeyd edim ki, avadanlıqlar Almaniyadan gətiriləcək. Lakin bu avadanlıqlarla işləməyi bacarmaq lazımdır. Ona görə də bizim işçilər təcrübə keçmək üçün xaricə yollanacaqlar. Təmir yəqin ki, 2007-ci ilin sonunda tam başa çatacaq".

Xəbər lenti

Xəbər lenti