Tanınmış müğənni Alsunun atası Ralif Safin məhkəmə qarşısında cavab verəcək. Onu məhkəməyə Moskvanın "Krılya Sovetov" xokkey klubu verib. Onlar atıq üç aydır ki, maaşlarını almırlar. www.shoowbiz.ru-nun verdiyi məlumata görə, Ralif Safin 2005-ci ildə klubun rəhbəri olub. Xokkey komandasının azərkeşləri ümid edirdilər ki. o, gələndən sonra hər şey yaxşı olacaq. "Krılya Sovetov" komandası superliqaya qayıda bildi və keçən mövsümdə onlar 19-cu yeri tutdular. Safin isə pulu küçəyə atmaqdan yorulub və belə qərara gəlib ki, klubu satsın. O dəqiqə də klubu alanlar tapılıb.
Lakin onlar Ralifin qarşısına çox çətin bir şərt qoydular. O, öz yerini tərk etməlidir, klubun tərkibindən çıxmalıdır. Klubun yeni sahibləri borclarını verən kimi Alsunun atası çəkilib gizləndi. Bu haqda "Ekspreess qəzeti" yazıb. "Siz təsəvvür edin, biz ona 14 milyon pul vermişik, o isə işi təhvil vermək isətmir. Gördüyünüz kimi, o, fikrini dəyişib" - təşvişlə yeni investor olan Aleksandr Tretyak deyib. "Heç nə olmaz, onsuz da klub bizim olacaq. Lazımi sənədləri biz artıq qeydiyyatan keçirmişik".
Komandanın xokkeyçiləri bu problemi özləri həll etmək qərarına gəliblər. Belə ki, onlar Moskvada Kunsevski prokurorluğuna müraciət etməli olublar. Onlar Ralif Safindən onların əmək haqlarını qaytarmağı tələb edirlər.