...

Müəllif Hüquqları Agentliyinin rəhbəri: "Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ermənilərin Azərbaycan bəstəkarının əsərini oğurlaması ilə bağlı müraciəti cavablandırmaq istəmir"

Cəmiyyət Materials 7 İyun 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ermənilərin Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərini oğurlaması ilə bağlı Azərbaycan tərəfinin rəsmi müraciətini cavablandırmır. Bu bəyanatla cümə axşamı Respublika Müəllif Hüquqları Agentliyinin direktoru Abutalıb Səmədov çıxış edib.

"Əsərin azərbaycanlı bəstəkara məxsus olması ilə bağlı Ümümdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etdik.Təşkilatın baş direktorunun müavini ilə şəxsən görüşüm olub, ancaq hələlik məsələnin həllini uzadırlar. Gətirilən əsas səbəb odur ki, müraciət əsasında araşdırma aparılır" - deyə Səmədov bildirib. Onun sözlərinə görə, məsələ yaxın vaxtlarda həll olunmasa, Azərbaycan tərəfi məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcək.

Səmədov hesab edir ki, Ümümdünya Əqli Mülkiyyət Təşkilatının araşdırması bu qədər uzanmamalıdır. "Beynəlxalq təşkilatlar məsələyə biganə yanaşırlar" - deyə Səmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti