...

Gürcüstanın elm və təhsil naziri Azərbaycandakı gürcü məktəblərinə baş çəkəcək

Cəmiyyət Materials 7 İyun 2007 15:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanın elm və təhsil naziri Kaxa Lomaya iyunun 8-də Azərbaycandakı gürcü məktəblərinə baş çəkəcək. Gürcüstanın Təhsil Nazirliyindən verilən məlumata görə, gürcü nümayəndə heyəti Azərbaycanın Qax rayonunda yaşayan etnik ingiloyların övladlarına hədiyyələr verəcək.

Nazir ilk öncə Balakən rayonuna yollanacaq. Burada o, Balakən və Zaqatalada yaşayan ingiloylarla görüşəcək, sonra Qaxa yollanacaq. Gürcü nümayəndə heyəti Əlibəyli, İngiloy, Qax-İngiloy, Kötüklü kəndlərində görüşlər keçirəcək. Qonaqlar həmçinin Qax-İngiloy kəndində yerləşən Giorgi kilsəsinə da baş çəkməyi planlaşdırırlar.

Gürcüstanın Təhsil Nazirliyindən qeyd ediblər ki, iki ölkənin təhsil sistemləri arasında artıq xeyli müddətdir yaxşı və işgüzar əlaqələr mövcuddur.

Bu yaxınlarda Gürcüstanda mövcud olan Azərbaycan məktəblərinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva kitablar hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti