...

Teatr aktyorunun yeri səhnədir, şou-biznes deyil - Cəfər Namiq Kamal

Cəmiyyət Materials 7 İyun 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /müx.TrendLife Vüqar İmanov/Son vaxtlar cəmiyyətimizi belə bir sual düşündürür: profeseonal teatr aktyoru şou-biznes aləmində olmalıdır, ya yox? TrendLife-la olan söhbətdə əməkdar artist, Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru Cəfər Namiq Kamal söylədi: "Teatr aktyorunun yeri səhnədir, şou-biznes deyil. Aktyor öz ustalıqları ilə tamaşaçını sevindirməlidir. Ola bilər ki, estrada janrında iştirak edən insanlar uğur qazana bilərlər, lakin bununla onlar öz səviyyələrini aşağı salırlar. Onlar yüksək teatr peşəkarı səviyyəsinə uyğun gəlmir.

Cəfər Namiq Kamal həmçinin Azərbaycanda teatr incəsənətində təbliğatın zəif olmasına da toxundu. "Ekranlarda bizim teatr incəsənətini demək olar ki, təbliğ etmirlər. Əvvələr teatrda gedən tamaşalar televiziyada elan olunurdu, teatrşünaslar tərəfindən analiz olunurdu, tənqid edilirdi. Bunlar hamısı teatrın inkişafına müsbət təsir göstərirdi. İndi isə paradoksal vəziyyət əmələ gəlib. Professional teatrşünaslar hazırda kənara çəkiliblər. Onlar heç kimin xətrinə dəymək istəmirlər. Lakin teatr aləmi tənqidi sevir, sonda isə uğur qazanır."

Əlavə olaraq aktoyr onu da qeyd etdi: "Allaha çox şükür, Azdramanın tamaşaçı sarıdan problemi yoxdur. Əvvələr tamaşaçılar teatra müdirlərin qorxusundan gəlirdilərsə, hazırda əsl teatrsevənlər tamaşalara baxmağa gəlirlər. Belə tamaşaçıların önündə çıxış etmək bizim üçün böyük şərəfdir".

Xəbər lenti

Xəbər lenti