...

Azərbaycanda piratçılığın qarşısını almaq üçün bir neçə qanun layihəsi hazırlanır

Cəmiyyət Materials 11 İyun 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Azərbaycanın Dövlət Müəllif Hüquqları Agentliyi ölkədə piratçılığın qarşısını almaq üçün "Piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Bu barədə bazar ertəsi agentliyin direktor müavini Oqtay Səmədov məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinin qəbulu Azərbaycana pirat məhsullarının gətirilməsinin qarşısını alacaq və belə məhsulların istehsalını dayandıracaq.

Səmədov həmçinin bildirib ki, "Yayım təşkilatlarının hüquqlarının qorunması haqqında" qanun layihəsi üzərində iş gedir. Yaxın günlərdə Nazirlər Kabinetinə müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti