...

Bakının Yasamal rayon məhkəməsinin hakimi barəsində Məhkəmə-Hüquq Şurasına müraciət olunub

Cəmiyyət Materials 12 İyun 2007 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Yasamal rayon məhkəməsinin hakimi Məlahət Abdulmanafova barəsində Məhkəmə-Hüquq Şurasına müraciət olunub. "Müxalifət" qəzetinin həbs olunmuş baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadənin vəkili Rəşid Hacılı çərşənbə axşamı Trend ə bildirib ki, müraciətdə hakim barəsində intizam icraatının başlanması xahiş olunur. Vəkil həmçinin hakim barəsində Yasamal rayon məhkəməsinin sədri İlqar Abbasova da müraciət edib. Hacılı bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində çıxarılmış hömdən verilən apellyasiya şikayəti uzun müddətdir hakim Abdulmanafovaya təqdim edilsə də, hakim indiyədək şikayəti Apellyasiya Məhkəməsinə göndərməyib. Məhkəmə sədrindən apellyasiya şikayətinin qısa müddət ərzində Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunur.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə Kəbirli və Ağazadə Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y - Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Xəbər lenti

Xəbər lenti